Polkovnik Vəlişov HƏBS OLUNDU- Səbəb bilinmir

 Azərbaycan Silahlı Qüvvələrin ehtiyyatda olan polkovniki, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, aprel döyüşləri zamanı cəbhənin Talış istiqamətində gedən döyüşlərdə iştirak edərək ağır yaralanan Vəlişov Qadir Saday oğlunun Beyləqan rayonunda həbs edildiyi deyilir.

Qazi polkovnikin həbs səbəb bilinmir.

Onu da qeyd edək ki, sözü gedən Azərbaycan zabiti Qarabağ döyüşçülərinin ilk illərində də, cəbhənin Füzuli rayonu istiqamətində aparılan hərbi əməliyyatlar zamanı yaralanıb. O, 2016-cı ilin aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu istiqamətində, Talış kəndi ətrafındakı yüksəkliklərin azad edildiyi zaman illər sonra ilk dəfə Azərbaycan respublikasının dövlət bayrağını həmin yüksəkliklərə daşıyaraq orada dalğalandırmışdı.

Elgün Gəncimsoy
Miq.az
Tarix: 14-12-2019, 14:26
Xəbəri paylaş





Xəbər lenti