Kürdəmirdə bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar


Kürdəmirdə bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report" xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Tarix: 15-12-2019, 20:44
Xəbəri paylaş





Xəbər lenti