Kürdəxanı qəsəbəsində evlər su altında qaldı - Fotolar

 
Bir neçə gündür ki, yağan yağış Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində sakinləri çıxılmaz duruma salıb. 

Moderator.az xəbər verir ki, Kürdəxanı qəsəbəsi Yeni Yaşayış massivində kanalizasiya sisteminin olmaması ucbatından yağış suları evlərin zirzəmisinə dolub. Sakinlər redaksiyamıza şikayət edərkən bildiriblər ki, nə bələdiyyə, nə də icra nümayəndəliyi onların bu problemiylə maraqlanmır. Onlar hər qış bu problemi yaşayırlar. 

Qeyd edək ki, bu il Birinci vitse-prezident Mehriban Əliyevanın qəsəbəyə səfər etməsi nəticəsində qəsəbənin yolları və məktəbi əsaslı şəkildə təmir edilib. Bununla yanaşı, qəsəbədə park salınıb. Çox təəssüflər olsun ki, yağış suları çəkilən asfalt örtüyünü də yararsız vəziyyətə salıb. 
 
Tarix: 16-12-2019, 10:42
Xəbəri paylaş





Xəbər lenti