Maşınını gömrükdən keçirən şəxsin ürəyi partladı – RƏSMİ



Maşınını gömrükdən keçirən şəxsin ürəyi partladı – RƏSMİ

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib. 

Baş Gömrük İdarəsində baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dekabrın 17-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisində Azərbaycan vətəndaşı, 1962-ci il təvəllüdülü Sadiqov Elşən Bala Baba oğlunun səhhəti pisləşərək dünyasını dəyişib. Belə ki, gömrük rəsmiləşdirilməsindən öncə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ərazidəki laboratoriyasının qarşısında Elşən Sadiqovun nəqliyyat vasitəsinin içərisində halı qəflətən pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin tibb işçilərinin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bəzi kütləvi informasiya vasitələri mərhumun ölüm səbəbini guya gömrük ərazisindəki sıxlıqla, rəsmiləşdirmə ilə əlaqələndirərək həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bir daha onu qeyd edək ki, gömrük ərazisində heç bir sıxlıq olmayıb, üstəlik hadisə gömrük rəsmiləşdirilməsi prosesindən əvvəl baş verib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tarix: 17-12-2019, 21:12
Xəbəri paylaş





Xəbər lenti