SOCAR-ın mühafizə xidmətinin əməkdaşları vətəndaşın evini sökdü - FOTO/VİDEO



SOCAR-ın mühafizə xidmətinin əməkdaşları vətəndaşın evini sökdü - FOTO/VİDEO

Bu gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv küçəsi, Məmməd Seyid Ordubadi küçəsi, döngə 2-nin sakini Zəhra Fəxrəddin qızı Rəhimovanın mənzili sökülüb.

Bu barədə Modern.az-a məlumat verən şikayətçi deyib ki, onun evi SOCAR-ın əməkdaşları tərəfindən sökülüb.

Evdə uşaq-qoca, hamilə qadın demədən, damını söküb çıxıb gediblər. İndi soyuqda qalmışıq.

Vətəndaş Zəhra Rəhimova onuda bildirib ki, əlimdə tikintiyə icazə sənədi ola-ola mənim evimi başıma uçurdular: "Qışın gündə mən indi harda yaşayaram. Bu cür zülm olar. Polisdə onları aparmaq əvəzinə bizi ailəlikcə yığıb apardı bölməyə." 

 

 


Tarix: 24-12-2019, 16:21
Xəbəri paylaş





Xəbər lenti