İndi də Dəyanət Babayev döyüldü - Video

 

İctimai fəal Dəyanət Babayev naməlum şəxslər tərəfindən döyülüb.

Ovqat.com xəbər verir ki, ictimai fəal onu döyən şəxsləri tanımır. Bildirdiyinə görə, idmançı görkəmli bir neçə şəxs tərəfindən döyülüb.

Dəyanət Babayev Ovqat.com-un əməkdaşı Gülnaz Qəmbərli tərəfindən xəstəxanaya çatdırılıb və onun müayinə prosesi canlı yayımla facebook səhifəmizdə nümayiş etdirilib. Həkim müayinəsindən keçən ictimai fəalın səhhətində həyati əhəmiyyətli xəsarət təsbit olunmayıb.

 

Qeyd edək ki, Dəyanət Babayev əvvəllər AXCP üzvü olub və fəallığına görə bir neçə il qabaq həbs olunub. Avropa məhkəməsi onu günahsız həbs edib və bunun qarşılığı olaraq zərəçəkmişə kompensasiya ödənilməsi barədə qərar verib. 2015-ci ildə Dəyanət Babayev AXCP sıralarından çıxarılıb.

Son zamanlar ictimai fəalların naməlum şəxslər tərəfindən döyülməsi halları artıb. Bir neçə gün əvvəl Mehman Hüseynov da döyüldüyünü və təhqirə məruz qaldığını bəyan etmişdi.


Tarix: 2-01-2020, 13:40
Xəbəri paylaş





Xəbər lenti