"Rıjiy Tofiq" ləqəbi ilə tanınan silahlı şəxs saxlanılıb


silah-640x426

Binəqədi Rayon Polis İdarəsi əməkdaşları üzərində qanunsuz olaraq odlu silah və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.


Biximyol.info xəbər verir ki, DİN-dən verilən məlumata görə, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Tarix: 3-01-2020, 10:49
Xəbəri paylaş





Xəbər lenti