"Hadisənin baş verməsində 3 gün keçməsinə baxmayaraq həmin şəxs hələ də cəzalandırılmayıb"




Dekabrın 31- də Bakı şəhərinin Xətai rayonunun Xudu Məmmədov küçəsində, “Stil” MTK-nın həyətində ağır bədən xəsarətləri yetirilməklə döyülmə hadisəsi baş verib. 


Moderator.az xəbər verir ki, yaşayış kompleksinin növbətçiləri Canpolad Babayev və Fərhad Əliyev kompleksin ərazisində yaşayan Natiq adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin baş verməsinə səbəb kompleksin ərazində sərxoş vəziyyətdə ictima asayişi pozan Natiq adlı şəxsin növbətçilər tərəfindən sakitləşdirilməsidir. Belə ki, növbətçilər həmin şəxsdən ictimai asyişi pozmamağı, insanları narahat etməməyi xahiş ediblər. O isə növbətçiləri  vəhşicəsinə döyüb. Bu insdenti ona görə ictimailəşdiririk ki, hadisənin baş verməsində 3 gün keçməsinə baxmayaraq həmin şəxs hələ də cəzalandırılmayıb. Ərazi polis orqanları bu işə laqeyd yanaşır. Cəzasızlıq mühiti ciddi fəsadlara gətirib çıxarır. Əgər bir hadisə, cinayət törədən cəzalandırılmasa o zaman cəmiyyətdə tarazlıq pozular, cinayət hadisələrinin sayı artar, insanlar təhlükəsiz şəraitdə yaşaya bilməzlər. Azərbaycanda insanların təhlükısizliyinin təmin olunması üçün mühüm tədbirlər həyata keçirilir. Vətəndaşlarımız öz polisinə güvənir. İnanırıq ki, Daxili İşlər Nazirliyi bu məsələni obyektiv araşdıracaq, vətəndaşlarımızın pozulan hüquqıarını bərpa edəcəkdir. Beləliklə insanların polisə olan inamı sarsılmayacaqdır. 



Tarix: 3-01-2020, 15:11
Xəbəri paylaş





Xəbər lenti