10 yaşlı qızı yandıranlar saxlanılıb? - Hadisə yerində SON DURUM


10 yaşlı qızı yandıranlar saxlanılıb? - Hadisə yerində SON DURUM

Xəbər verildiyi kimi, ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 

Əldə etdiyimiz son məlumata görə, Bakıdan göndərilən ekspert qrupu artıq cəsədin tapıldığı əraziyə gedib. 

Bu barədə Cebhe.info-ya açıqlamasında kənd icra nümayəndəsi Samir Hüseynov deyib. O bildirib ki, cəsəd ekspert müayinəsi üçün “morq”a aparılıb: 

“Bakıdan gələn ekspert qrupu artıq hadisə yerinə çatıb. Qrupun tərkibində 10-a yaxın şəxs var. Hadisə yerində bəzi ekspert müayinələri aparılıb. Cəsədi “morq”a aparırlar”. 

Samir Hüseynov hadisə ilə bağlı hələ ki, saxlanan olmadığını da deyib: 

“Hələlik cinayətlə əlaqəli heç kim saxlanılmayıb. Cinayəti törədənin kimliyi məlum deyil”. 

Məlumat üçün bildirək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix: 7-01-2020, 15:20
Xəbəri paylaş





Xəbər lenti