“Gördük ki, azərbaycanlılar öz torpaqlarında iş aparır, atəş açdıq” – Əcaib məntiq və etiraf

Düşmən atəşkəsi pozduğunu rəsmən etiraf edir...





Bu gün Ermənistanın Müdafiə Nazirliyi erməni əsgərlərinin Azərbaycan ordusuna atəş açması ilə bağlı məlumat yayıb.

Moderator.az erməni mənbələrinə istinadən məlumat verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovhannisyan məlumat yayıb. O, qeyd edib ki, erməni əsgərlərinin Azərbaycan ordusuna atəş açmasına səbəb onların öz ərazilərində mühəndis işləri aparması olub. Məhz aparılan mühəndis işlərinə mane olmaq məqsədi ilə Ermənistan ordusunun atəş açdığını bildirən Artsrun Ovhannisyan, Azərbaycan əsgərinin Azərbaycan torpağında mühəndis işi aparmasını yolverilməz, qəbuledilməz bir hal kimi təqdim etməyə çalışıb.

 

Görünür, torpaqlarımızın bir hissəsinə əl qoyan düşmən hesab edir ki, ərazimizin Azərbaycan ordusunun nəzarətində olan hissəsində də hansısa iş aparmazdan öncə rəsmi İrəvanı məlumatlandırmaq və ondan icazə almalıyıq. Anlaşıplan odur ki, Ermənistana 2016-cı ilin aprel döyüşlərindən də ağır dərs verməyə ehtiyac var.

 

Istənilən halda Artsrun Ovhannisyanın bu açıqlaması atəşkəsin məhz Ermənistan tərəfindən pozulmasının rəsmi etirafı kimi qəbul edilməli və dünyaya da məhz bu aspektdən təqdim edilməlidir.

Tarix: 7-01-2020, 20:42
Xəbəri paylaş





Xəbər lenti