AVSTRALİYA OD İÇİNDƏ - Yarım milyarda yaxın heyvan, 5 milyon hektarlıq meşəlik külə döndü

 


AVSTRALİYA OD İÇİNDƏ - Yarım milyarda yaxın heyvan, 5 milyon hektarlıq meşəlik külə döndü

Hurriyyet.org xəbər verir ki, Avstraliyada həftələrlə davam edən yanğını nəzarət altına almaq mümkün olmayıb. Fəlakətin miqyası getdikcə artır.

24 nəfərdən çox yaxın insan həlak olub.

Təxminən 500 milyon heyvan qurban gedib.

Картинки по запросу Avustralya yangınlarının şok edici boyutu

28 min koalanın məskunlaşdığı Yeni Cənubi Qaller əyalətindəki koalaların 3-dən birinin məhv olduğu bildirilir.

Fotoğraf, Yeni Güney Galler'den... Yetkililer, 28 bin kadar koalaya ev sahipliği yapan Yeni Güney Galler eyaletindeki koalaların 3’te birinin tamamen yok olduğunu açıkladı. Reuters.

 2019-cu ilin sentyabr ayından bəri meşə və çəmən sahələrində təsirli olan və vaxtaşırı yaşayış məntəqələrinə keçən yanğınlar qitəni bürüyüb. Ölkədə fövqəladə vəziyyət elan edilib, hərbçilər də yanğınsöndürənlərə kömək üçün çalışırlar.

2018-ci ilin dağıdıcı Kaliforniya yanğınları və 2019-cu ildə Amazonun yağmur meşələrində baş verən yanğınlar dünya gündəmini zəbt eləmişdi. Lakin indi vəziyyət daha ciddidir.

GRAFİK: Bedra Nur Aygün

25 milyon nəfərə qədər əhalisi olan Avstraliyada qarşısının alınması mümkün olmayan yanğın nəticəsində təkcə 3 ay ərzində 5 milyon hektara yaxın meşə ərazisi yanıb kül olub.

Ötən il Sibirdə baş verən yanğınlarda Rusiyanın 3 milyon 71 min hektar, yəni Belçika ərazisi qədər meşə sahəsi külə dönmüşdü, lakin bu ərazilərin çoxunun əhalisi az olduğundan insan itkisi olmamışdı.


Tarix: 7-01-2020, 21:37
Xəbəri paylaş





Xəbər lenti