Ermənilər Kəlbəcərdəki bu gözəl kəndimizi fasiləsiz su ilə təmin etdi...-FOTO





Azərbaycanın işğal altındakı  keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti və ətraf  7 rayonumuza nəzarət edən qondarma separatçı-erməni rejimi dağ kəndlərinin su problemini də həll etməyə çalışır.

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayonumuzun Vəngli kəndinin fasiləsiz su təminatı məsələsi həll edilib. 

Kənd ərazisindəki qədim xaçpərəst türk babalarımızın erməniləşdirilmiş Gəncəsər məbədinin baş keşişi Andrey Sərkisyan Xaçın çayı yaxınlığında 102 metrlik yeni artezian quyusu vurulduğunu bildirib. Onun sözlərinə görə, bununla Vənglinin erməni sakinləri fasiləsiz içməli su ilə təmin ediləcək. İndiyədək kənddə sutkada yalnız 1 saat su verilib.

Sultan Laçın 
Tarix: 13-01-2020, 16:44
Xəbəri paylaş





Xəbər lenti