İsmayıllı-Qəbələ yolundakı dəhşətli qəzanın görüntüləri –VİDEO


İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.  

Hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bizlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı üç nəfər ölüb, 15-ə yaxın yaralı var.

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub.

Tarix: 26-01-2020, 15:31
Xəbəri paylaş





Xəbər lenti