Bərdədə sərnişin avtobusu yandı

 
Bərdə rayonunda sərnişin avtobusu qəflətən alovlanıb. Hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
 “Mercedes” markalı sərnişin mikroavtobusunun mühərrik hissəsi qəflətən alovlanmağa başlayıb. Fövqəladə Hallar Naziriyinin Bərdə Rayon Yanğından mühafizə bölməsi  avtomobili söndürüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 27-01-2020, 15:15
Xəbəri paylaş





Xəbər lenti