“JEK” işçiləri Arzu Səmədbəylinin plakatlarını cırır


 

8 saylı Binəqədi seçki dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Arzu Səmədbəylinin təbliğat plakatlarını kütləvi olaraq cırırlar.

Bu haqda “Basta”ya namizədin seçki qərargahından məlumat verilib. 7-ci mikrorayon və S.S.Axundov küçəsində bu iş kütləvi hal alıb.

“Hansı dükanda, yaxud başqa obyektdə Arzu Səmədbəylinin şəkilləri vurulubsa, onları cırıblar. Halbuki bütün başqa namizədlərin plakatları qalmaqdadır. Bu əməliyyata Binəqədi rayon Mənzil İstismar İdarəsinin rəis müavini Qasım Əbdürəhmanov və 80 saylı Mənzil İstismar Sahəsinin rəisi Şaiq Vəliyev rəhbərlik edirlər” -deyə, qərargah rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl Bakıdakı digər seçki dairələrində və Sumqayıtda müsavatçı namizədlərin seçki plakatlarının kütləvi şəkildə cırılması haqqında məlumat vermişdik.

Basta 

Tarix: 29-01-2020, 09:49
Xəbəri paylaş





Xəbər lenti