AZƏRBAYCANDAN İRANA KEÇƏN 2 ÇİNLİ “CORONA” VİRUSU EHTİMALI İLƏ KARANTİNƏ ALINIB –Səhiyyə Nazirliyi rəsmisindən AÇIQLAMA


“İndiyə qədər “Koronavirus” daşıyıcısı ehtimalı ilə 6  nəfər qeydə alınıb”.

Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Mərkəzlərinin rəhbəri Məhəmməd Mehdi Quyaşamqah bildirib.

Səhiyyə Nazirliyi rəsmisinin sözlərinə görə, bu gün yeni “Corona” virusunun İranla qonşu dövlətlərə çatdığı barədə kiberməkanda dolaşan şayiələr həqiqətə uyğun deyil.

Nazirlik rəsmisi deyib: “Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, İraq, Pakistan və digər qonşu ölkələrin heç birində yoluxma qeydə alınmayıb və bölgədə yalnız bir dövlət – Birləşmiş Ərəb Əmirlikləri “Corona” virusunun mövcudluğunu rəsmən təsdiqləyib”.

Məhəmməd Mehdi Quyaşamqah əlavə edib: “İndiyə qədər İranın müxtəlif əyalətlərində  “Corona” virusuna yoluxmada şübhəli 6 hadisə qeydə alınıb. O cümlədən Yəzddə – 2, Təbrizdə – 2, habelə Qumda və Tehranda müvafiq olaraq 1.

Xəstəlik daşıyıcılığında şübhəli şəxslərin hamısı xüsusi laboratoriyalarda müayinə olunublar. Cavablar mənfidir”.

Bu arada, Təbriz Tibb Elmləri Universitetinin rəhbəri Məhəmməd Hüseyn Soumi hazırda 2 nəfərin “Corona” virusuna yoluxma ehtimalı ilə karantinə alındığını təsdiqləyib.

Video Oynadıcı


00:00

00:26


Rektorun sözlərinə görə, 26 və 27 yaşlı 2 çinli qadın 7 gün əvvəl Çindən Azərbaycana gəlib və yanvarın 29-da Astara sərhəd məntəqəsindən İran ərazisinə daxil olublar.

Yanvarın 30-da “IRNA”-ya bu açıqlamanı verən Soumi deyib: “Onlar qızdırma və qripə bənzər simptomlarla Təbrizdəki xəstəxanaya yerləşdirilib və hazırda ciddi nəzarət altındadırlar”.

Tarix: 31-01-2020, 21:29
Xəbəri paylaş





Xəbər lenti