7 nəfərin öldüyü deyilən xəstəxanadan CAVAB: “Ölüm hallarının olması normaldır”


7 nəfərin öldüyü deyilən xəstəxanadan CAVAB: “Ölüm hallarının olması normaldır”

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfərin ölümü ilə bağlı xəbər yayılıb.

Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan dünyasını dəyişib. Yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayının 7 nəfərə çatdığı bildirilir.

Məsələ ilə bağlı Cebhe.info Elmi-Tədqiqat Ağciyər İnstitutu ilə əlaqə yaradıb. Xəstəxananın qəbul şöbəsində dəstəyi qaldıran xanım suallarımıza özü cavab verəcəyini bildirib. O, “Əgər xəstəxana və reanimasiya şöbəsi varsa, ölüm hallarının olması normaldır”,- deyib.

“Hazırda xəstəxanada pnevmaniyadan nə qədər xəstə müalicə alır?” sualına cavab verməkdən imtina edən xanım telefon əlaqəsini yarımçıq kəsib. Bir neçə dəfə xəstəxana ilə əlaqə yaratmağa çalışsaq da, cəhdimiz baş tutmayıb. Qəbul şöbəsindən baş həkimlə əlaqə yaradılacağı deyilsə də, bağlantı mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.

Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Tarix: 1-02-2020, 15:12
Xəbəri paylaş





Xəbər lenti