İstanbulda sərnişin təyyarəsi qəzaya uğradı, onlarla yaralı var - FOTO/VİDEO - YENİLƏNİB





İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada iki pilot ağır yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valisi bildirib.

Qartal Təhsil Araşdırma Xəstəxanasının Baş həkimi deyib ki, xəstəxanaya 14 yaralı gətirilib, onlar yüngül xəsarət alıblar. Digər 32 yaralı isə başqa xəstəxanalara yerləşdirilib. 

Nəqliyyat və infrastruktur naziri Məhmət Cahit Turhan sərnişinlərin təxliyəsinin davam etdiyini bildirib. 

Qeyd edək ki, qəza baş verən zaman hava limanının Nəzarət Qülləsinin əməkdaşı ilə pilotlar arasındakı rabitə əlaqəsi olub. Səs yazısında təyyarənin sərt eniş etməsinə güclü küləyin səbəb olması ehtimal olunur. 

Hazırda təyyarənin qara qutusunun əldə edilməsinə cəhdlər edilir. 

İstanbul Baş Prokurorluğu qəza ilə bağlı araşdırmaya başlayıb.

***
İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb. 

“Haber Global” xəbər verir ki, hadisə “Sabiha Gökçen” hava limanında baş verib. 

“Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına enərkən eniş zolağından çıxıb.  

Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.  

İnsan tələfatı barəsində məlumat verilmir.(oxu.az)






Tarix: 5-02-2020, 23:05
Xəbəri paylaş





Xəbər lenti