Rusiya-Ukrayna sərhədində saxlanılan azərbaycanlı polisə rüşvət təklif etdi


Rusiya-Ukrayna sərhədində saxlanılan azərbaycanlı polisə rüşvət təklif etdi

Saxta sənədlə Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlı saxlanılıb.

Virtualaz.org bildirir ki, hadisə Sumski vilayətində “Velikaya Pisarevka” sərhəd-keçid məntəqəsində baş verib.

Məlum olub ki, Azərbaycan vətəndaşı pasportunda qanunsuz qeydlər aparıb.

Saxlanılan azərbaycanlı sərhədçilərə 3000 rubl (80 AZN) məbləğində rüşvət təklif edib.

Qanunu pozan şəxs Ukrayna ərazisinə buraxılmayıb və Rusiyaya geri qaytarılıb.

Tarix: 11-02-2020, 00:27
Xəbəri paylaş





Xəbər lenti