Türkiyəyə səyahət edənlərə xəbərdarlıq... - FOTOLAR






Türkiyədə yağan aramsız qar yenə yollarda hərəkəti iflic edib. Ölkənin Dilucu Gürbulak gömrük sərhədindən şəhərlərarası səyahət həyata keçirən turizm şirkətləri bəzi səfərləri təxirə salıb. Yollarda hərəkətin istiqaməti  məhdudlaşdırılıb. 

Moderator.az-ın Türkiyə təmsilçisi xəbər verir ki, Vandan keçən magistral avtomobil yolları qar uçqunu təhkükəsi və yolların buzlu olması səbəbiylə bağlanıb. Qəza riskinin azaldılması üçün yollarda ağır tonajlı maşınlar və avtobusların hərəkəti AFAD-ın növbəti açıqlamasına qədər ləğv olunub. 

Xatırladaq ki, Sədərək-Dilucu gömrük sərhədindən Türkiyə keçib Ankara Gaziantep Diyarbakır istiqamətinə avtobuslarda səyahət edən Azərbaycan vətəndaşları bu yolu istifadə edir. Təxirə salınan avtobus səfərlərində Azərbaycan vətəndaşları da olub. 

AFAD yetkililəri hadisə yerindən Moderator.az-a məlumat veriblər ki, yolda gün boyunca qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində ciddi qəza halı qeydə alınmayıb. Həmçinin Avtomobil Yolları idarəsi tərəfindən ölkəyə səfər edəcək azərbaycanlı vətəndaşlara hava şəraitinin pis keçməsi və yolların qarlı olması səbəbiylə Hava limanından istifadə etməyin daha təhlükəsiz olduğunu xəbərdarlıq edib.





Tarix: 11-02-2020, 09:31
Xəbəri paylaş





Xəbər lenti