“Sədərək” Ticarət Mərkəzi yanır - FOTO/VİDEO

 



Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. 

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb. 

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.






Tarix: 18-02-2020, 11:04
Xəbəri paylaş





Xəbər lenti