Bakıda çoxmərtəbəli yaşayış binası yanır - SON DƏQİQƏ





Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən çoxmərtəbəli binanın 4-cü mərtəbəsində güclü yanğın başlayıb.


Moderator.az xəbər verir ki, hadisə baş verən əraziyə çoxsaylı FHN və polis əməkdaşı cəlb olunub. 

Sakinlərin Moderator.az -a verdiyi məlumata görə, yanğın baş verən binadan sakinlər bir-bir təxliyyə edilir. Mənzillərdə qalan sakinlər qorxu içində olduqlarını və onların təxliyyəsi üçün yaradılmış şəraitin yetərsiz olduğunu bildiriblər. 
Tarix: 18-02-2020, 12:36
Xəbəri paylaş





Xəbər lenti