Separatçı rejim Xankəndidə “istefa” avto-yürüşünün qarşısını zorakılıqla aldı...-FOTO

 Bakıda insan haqlarının pozulmasından danışan ABŞ konqresmenlərinin tərif etdiyi demokratiya əslində Qarabağda da yoxdur...     
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim hazırda “prezident” adlanan üzdəniraq xunta başçısı Bako Saakyan  və  qanunsuz “polis” rəisi Levon Mnatsakyanın istefası tələb edilən  növbəti etiraz aksiyasını zorakılıqla dağıdıb.
 
Moderator.az xəbər verir ki,  erməni nəşrlərinin  yaydığı məlumata görə,  dünən – fevralın 20-də Xankəndidə  avtomobillərlə yürüş keçirərək səsgücləndiricilərlə “istefa” şüarları səsləndirən bir qrup etirazçı  “polis” tərəfindən saxlanılıb.  Şəhərin küçələrini dolanan bir neçə avtomobilin qarşısı kəsilib və 8 erməni dığası “polis” bölməsinə aparılıb.
 
Sosial şəbəkələrdə  Saakyan  rejiminin insan haqlarının pozması barədə kəskin fikirlər səsləndirilib.

P.S.Bakıda insan haqlarının pozulmasından danışan ABŞ konqresmenlərinin tərif etdiyi demokratiya  Qarabağda da yoxdur...

Sultan Laçın
Tarix: 21-02-2020, 14:27
Xəbəri paylaş





Xəbər lenti