Deputatlığa namizədin protokolları yoxa çıxdı

 

110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Nurlana Cəlilin 4 seçki məntəqəsinə aid protokolları yoxa çıxıb.
 
Pravda.az-ın xəbərinə görə, bu iddia ilə onun özü çıxış edib.
 
N.Cəlil bildirib ki, protokollar dairə seçki komissiyasında itib.
 
O, bu fakta görə komissiyanın sədri Fikrət Mustafayevi ittiham edib.
 
Deputatlığa namizəd səsvermə günü qanun pozuntularına yol verildiyini iddia edir.
 
Qeyd: Həmin seçki dairəsindən lider namizəd Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev elan edilib.
Tarix: 22-02-2020, 15:53
Xəbəri paylaş





Xəbər lenti