Azərbaycan paytaxtında erməniyə məxsus şirkət mükafatlandırıldı...

Erməni nəşrləri bunun 20 fevralda baş verməsini xüsusi fəxr və istehza ilə vurğulayırlar...   
 Bakıda erməni iş adamına məxsus şirkət  mükafata layiq görülüb. 

Moderator.az xəbər verir ki, bu, fevralın 20-də Azərbaycan paytaxtında keçirilmiş KİA markalı avtomobil satış təmsilçilərinin mükafatlandırma mərasimində bəlli olub. Mərasimdə "2019-cu ilin ən yaxşı KİA ehtiyat hissələri və aksesuarları satışı" nominasiyası üzrə mükafat "AUTORUS Butovo" adlı Rusiya dillerinə verilib.

Araşdırmamız  da təsdiqlədi ki, sözügedən şirkətin sahibi erməni əsilli Karakenyan Valeriy Baqakoviçdir.

Diqqəti cəlb edən ən ciddi məqamlardan biri də  budur ki, mükafat məhz 20 fevralda təqdim olunub. 1988-ci ilin bu günündə Xankəndində fevralın 13-dən başlayan Azərbaycan əleyhinə kütləvi mitinqlərinn nəticəsi olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Şurasının erməni nümayəndələri Azərbaycandan ayrılıb Ermənistana birləşmək haqqında qərar qəbul edib. Erməni nəşrləri bu məqamı xüsusi fəxr və istehza ilə vurğulayırlar...

Sultan Laçın
Tarix: 22-02-2020, 18:37
Xəbəri paylaş





Xəbər lenti