Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto


bitmap-img6




Ukraynanın Zaporojye vilayətində "Sarvan" ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

AzFakt.com xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.
"Qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir",-yerli polis bildirir.

Xəbərə görə, öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet "Qriqori" ilə sıx ünsiyyət saxlayıb. "Sarvan"ın Azərbaycanda da "vor zakon"larla əlaqələri olub. /Publika.az

Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto


Tarix: 24-02-2020, 00:00
Xəbəri paylaş





Xəbər lenti