Polis “jurnalist”i tutdu

 
Hacıqabulda vətəndaşları şantaj edən şəxs saxlanılıb. 
 
Pravda.az-ın xəbərinə görə, ayrı-ayrı vətəndaşlar rayon Polis Şöbəsinə müraciət edərək şantaja məruz qaldıqlarını bildiriblər.
 
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan sakini,  1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.
 
Araşdırmalar zamanı müəyyən edilib ki, İ.Həsənov özünü “dogruxeber.com” saytının əməkdaşı kimi təqdim edərək vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb edib. Faktla bağlı araşdırmalar davam etdirilir.APA
Tarix: 24-02-2020, 14:35
Xəbəri paylaş





Xəbər lenti