Azərbaycandan keçib Gürcüstana gedən şəxsdə koronavirus tapıldı


Gürcüstan Səhiyyə Nazirliyi bildirib ki, bu ölkə vətəndaşında Covid-19 virusunun aşkarlanması ilə bağlı Azərbaycan tərəfini məlumatlandırıb. Belə ki, həmin Gürcüstan vətəndaşı İrandan keçərək Azərbaycana daxil olub, bu ölkənin ərazisində “müəyyən sayda” adamlarla təmas qurub.

“Kişi Azərbaycan ərazisində keçdiyi marşrut boyu müəyyən adamlara təmasda olub, o cümlədən marşrut taksidən istifadə edib”,-Gürcüstan Səhiyyə Nazirlyinin xəstəliklərə nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda yoluxan şəxsin təmasda olduğu bütün mümkün şəxslərin aşkar edilməsi üçün intensiv tədbirlər həyata keçirilir. “Biz Ümumdünya Səhiyyə Təşkilatına bu fakt barədə məlumat verməyə borcluyuq”,-o qeyd edib.

Qamkrelidze bildirib ki, azərbaycanlı həmkarları da yoluxan şəxsin Azərbaycan ərazisində bütün mümkün təmaslarını müəyyən emək üçün tədbirlər görməlidir.

Gürcüstan tərəfi habelə yoluxan şəxslə təmasda olan bütün gömrük əməkdaşlarını karantinə göndərib. Azərbaycan tərəfinin isə bu ekstremal situasiya ilə bağlı hansı tədbir gördüyü məlum deyil. Qeyd edək ki, Azərbaycan İranla sərhədlərini açıq saxlayan yeganə qonşu ölkədir və gözlənilir ki, Novruz bayramı günlərində ölkəyə on minlərlə iranlı tursit də gələcək.

***

Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, xəstəliyin aşkarlandığı 50 yaşlı şəxs fevralın 25-də İrandan Azərbaycana, buradan isə Gürcüstana keçib.

O, Tbilisidə xəstəxanaya yerləşdirilib. Onun kliniki baxımdan sağlam olduğu bildirilib. Gürcüstanın səhiyyə naziri bildirib ki, yoluxan şəxs bu ölkənin vətəndaşıdır.

Tarix: 27-02-2020, 09:59
Xəbəri paylaş





Xəbər lenti