Müsəlman Birliyi Hərəkatının daha üç üzvü Ağcabədidə tutuldu: hara aparıldıqları bilinmir

Müsəlman Birliyi Hərəkatının üç üzvü tutularaq, naməlum istiqamətə aparılıb. Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 27-də səhər Müsəlman Birliyi Hərəkatının iki üzvü – İlyas Qasımov və İqbal Sadıqov Sadıqov Ağcəbədi rayonunda yerləşən çay evlərinin birində olarkən iki nəfər mülki geyimli şəxs tərəfindən qolları qandallanıb, naməlum istiqamətə aparılıblar.
Bu hadisədən bir neçə dəqiqə sonra isə hərəkatın daha bir üzvü – Ağcabədi sakini Novruzov Elməddin də iş yerindən qolu qandallanaraq saxlanılıb.
Naməlum istiqamətə aparılan hərəkat üzvlərinin harada olduğu, kimlər və hansı səbəbə görə saxlanıldığı hələ də bəlli deyil. Hər üç şəxsin ailəsi, eyni halda hərəkat rəhbərliyi onların vəziyyətindən narahatdır.
Hərəkat rəhbərliyi bu addımı hakimiyyətin hərəkat üzvlərinə qarşı növbəti təxribatı kimi dəyərləndirir.
Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və hərəkatın onlarla üzvü həbsdədir.


Azadliq.info

Tarix: 27-02-2020, 21:53
Xəbəri paylaş





Xəbər lenti