Yəhudi gənc erməni keşişin üstünə tüpürdü və...


İsrail polisi Qüdsdəki “Srbots Hakopyants” erməni  dini icmasının üzvü olan keşiş Hovnan Bağdasaryanı təhqir edən yəhudi gənci cəzalandırıb. 
 
Moderator.az xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, hadisə bir il öncə baş verib. 

Qüdsün Köhnə şəhər hissəsindəki erməni məhəlləsində  yəhudi bir oğlan erməni kilsəsinin qəfiləsinin keçdiyini görüb və keşişlərdən birinin üzərinə bir neçə dəfə tüpürüb.  Ardınca gənc özü  polisə təslim olub.  Keşiş Hovnan Bağdasaryan isə polisə şikayət yazıb. Hadisənin istintaqı və şahidlərin dindirilməsindən sonra martın 5-dƏ polis rəsmi olaraq gəncin 1500 şekel, yəni təxminən 400 dollar cərimə edilməsi barədə qərar verdiyini açıqlayıb.

Sultan Laçın
Tarix: 7-03-2020, 09:54
Xəbəri paylaş





Xəbər lenti