"Çox ailələr öz yaxınlarını vaxtından əvvəl itirəcək” - Baş nazirdən ümidsiz koronavirus açıqlaması


Boris Conson--00

Böyük Britaniyanın baş naziri Boris Conson ölkə vətəndaşlarını koronovirus epidemiyasına görə sakitləşdirməyə çalışıb, amma onlara xəbərdarlıq edib ki, virusdan çoxları öz yaxınlarını, ailə üzvlərini itirəcək.


“The Financial Times” qəzetinn yazdığına görə, hökumət başçısı ölkə əhalisini “yaxınlarını və ailə üzvlərini itirməyə hazır olmağa” çağırıb, deyib ki, çünki ölkədə yoluxma hallarının sayının rəsmi rəqəmlərdən xeyli çox olduğunu təxmin edir. Belə ki, mütəxəssislərin hesablamalarına görə, ölkədə 10 mindən çox adamın yoluxduğu bildirilir.

“Bu virus daha da yayılacaq. Mən sizə düzünü deməliyəm, Britaniya cəmiyyəti qarşısında dürüst olmalıyam: Çox ailələr öz yaxınlarını vaxtından əvvəl itirəcək”,- Boris Conson deyib. Baş nazir əlavə edib ki, koronovirusun yayılması ictimai səhiyyə sahəsində zəmanəmizin ən ağır böhrandır. O həmçinin bu xəstəliyi adi qriplə müqayisə etməyin də düzgün olmadığını, koronavirusun qat-qat təhlükəli olduğunu vurğulayıb.

Hazırda Böyük Britaniyada virusa 456 yoluxma halı təsdiqlənib. Ölkənin səhiyyə nazirinin müavini Nadin Dorris də yoluxub. Bundan bir gün əvvəl o, baş nazirlə görüşmüşdü. Buna qədər Conson demişdi ki, koronavirusa yoluxanlarla əllə salamlaşmaqdan imtina etmir. Onun sözlərinə görə, əllə salamlaşmaq məsələsində hərə özü qərar verməlidir, amma elmi məlumatlar göstərir ki, qorunmanın əsas yolu əlləri tez-tez yumaqdır. (virtualaz.org)

Tarix: 14-03-2020, 21:19
Xəbəri paylaş





Xəbər lenti