Mübariz Mənsimov Türkiyədə polis tərəfindən saxlanılıb – FETO ittihamı(YENİLƏNİB)

Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov Türkiyədə polis tərəfindən saxlanıb.

Siam.az bildirir ki, bu barədə “Star” qəzeti məlumat yayıb. M. Mənsimov İstanbul Polisinin iqtisadi cinayətlər depratametinin əməkdaşları tərəfindən göz altına alınıb.Onun yaşadığı ünvanda axtarış aparılıb.

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Tarix: 15-03-2020, 14:21
Xəbəri paylaş





Xəbər lenti