Rafael Dadaşov vəfat etdi

 
  Xalq artisti Rafael Dadaşov vəfat edib.

Siam.az-ın xəbərinə görə, bu barədə tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.Lent.az
Tarix: 16-03-2020, 15:58
Xəbəri paylaş





Xəbər lenti