Bakıda hamilə qadın xəstəxanada öldü

 
Bakıda 22 həftəlik hamilə qadın ölüb.
 
Pravda.az-ın xəbərinə görə, hadisə ötən gün Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasında qeydə alınıb.
 
Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaq ilə birlikdə ölüb.
 
Araşdırmalar zamanı məlum olub ki, Ş. Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də "Mitral qapağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Tarix: 19-03-2020, 14:53
Xəbəri paylaş





Xəbər lenti