Qarabağda ara qarışdı – bir "prezident"liyə namizəd, onlarla “seçici” həbs edildi...-FOTOLAR


Koronavirus gündəmə döndü, tam yaddan çıxdı Qarabağ!..




Xəbər verdiyimiz kimi,  martın 17-də “İnqilabi Artsax” “partiya”sının sədri Artur Osipyan  işğal altındakı Xocavənd rayon mərkəzində seçkiqabağı təbliğat kampaniyası keçirməyə cəhd edib. Lakin şəhərimizin  qanunsuz “meri” Hayk Sərkisyan şəhərə giriş yolunu öz avtomobili ilə bağlayaraq həmin “partiya” üzvlərinin Xocavəndə girişinə imkan verməyib. O bildirib ki, özünün də üzv olduğu “Azad vətən” partyasının sədri Araik Arutyunyan onun dostu olduğuna görə heç bir digər namizədin  şəhərə girməsinə icazə verməyib.  Bu səbəbdən ermənilər arasında qarşıdurma yaranıb. 
Moderator.az xəbər verir ki, Rusiya mediasında və sosial şəbəkələrdə yayılmış məlumatlara görə, dünən – martın 18-də  “prezident”liyə namizəd Artur Osipyan  bir qrup tərəfdarıyla birgə Xankəndinin mərkəzi küçələrdən birində avto-yürüş  edərək yolu kəsiblər. “İnqilabi Artsax” “partiya”sının sədri səsgücləndirici vasitəsi ilə separatçı-terrorçu rejimin başçısı Bako Saakan və digər rəhbərləri tərəfdarlarının qarşısına çıxaraq onlara Xocavənddəki insident barədə izahat verməyə çağırıb. Bundan sonra  başda rəis Levon Mnatsakanyan olmaqla rejim polisi etiraz aksiyaçılarını saxlayaraq onlarla fəalı həbs edib.  Polislə qarşıdurma nəticəsində etirazçılardan biri ağır zədə aldığından xəsətəxanaya aparılıb. 

Hazırda Xankəndidəki digər bəzi müxalif  “partiya” rəhbərləri, eləcə də Qarabağın “ombudsmen”i Saakyan rejimini  baş verənlərə görə ittiham edib.
Qeyd edək ki, Qarabağda koronavirus xəstəsi olmadığını iddia edən separatçı rejim 31 martda – Dünya Azərbaycanlılarının Soyqırımı günündə qanunsuz “prezident” və “parlament” “seçki”lərini təxirə salmadan  keçirmək niyyətindədir. 

Aparılmış son sorğulara görə, Kremlin də dəstəklədiyi işğalçı və terrorçu erməni general Vitali Balasanyan daha çox reytinqə və şansa malikdir.

P.S. Koronavirus  gündəmə döndü, tam yaddan çıxdı Qarabağ!..

Sultan Laçın
Tarix: 19-03-2020, 14:54
Xəbəri paylaş





Xəbər lenti