Kriminal avtoritetin ailəsi koronavirusa yoluxdu


 Rusiyanın bir nömrəli kriminal avtoriteti, Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun ailəsi koronavirusa yoluxub.
Yenisabah.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Şakro Molodoyun həyat yoldaşı Marina Qoldberq və 15 yaşlı oğlu Danielin koronavirus testlərinin cavabları müsbət olub.
Hazırda onlar Şakronun Moskva yaxınlığındakı malikanəsində, təcrid edilmiş otaqda müalicə olunurlar.
Xatırladaq ki, “qanuni oğru” hazırda həbsxanadadır.  O, 2018 -ci ildə iki cinayətdə təqsirli bilinərək haqqında həbs qərarı verilib.
Tarix: 22-03-2020, 21:39
Xəbəri paylaş





Xəbər lenti