Bakıya doğru görünməmiş tıxac – Foto

 
Azərbaycanda karantin rejiminin qüvvəyə minməsindən sonra Bakıya qayıtmaq istəyənlər yolda qalıb.
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə, xüsusilə Yutub kanalında bununla bağlı videolar paylaşılıb.
Bildirilir ki, karantin rejiminə əməl etməyənlər rayondan Bakıya qayıtmaq istəsə də, Ələt qəsəbəsi yaxınlığında qurulan postda sürücülər saxlanılıb və onların Bakıya girişinə imkan verilmir. Nəticədə bir neçə kilometrlik tıxac yaranıb.
Hazırda polis əməkdaşları onlara karantin rejimini izah edir və geri qayıtmağı tələb edirlər.
Eyni vəziyyətin Bakının şimal girişində də yaşandığı bildirilir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gün saat 00:00-dan başlayaraq, ölkədə xüsusi rejimin tətbiqinə başlanılıb. Karantin rejiminin tələbinə əsasən, Bakı, Sumqayıt və Abşeron rayonuna giriş-çıxış qadağandır. Bakı qeydiyyatında olanların da Bakıya girişinə imkan verilmir.
Siam.az
 
Tarix: 24-03-2020, 08:54
Xəbəri paylaş





Xəbər lenti