Fransada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb


Fransada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

Fransada yeni növ koronavirusdan ölənlərin sayı artıq 860 nəfərə çatıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, ölən şəxslərin əksəriyyəti yaşlı şəxslərdir.

Son məlumatlara görə, Fransada bu virusa yoluxanların sayı 19856 nəfərdir, 860 nəfər ölüb, ümumilikdə 8675 nəfər xəstəxanaya yerləşdirilib, 2082 nəfər reanimasiyadadır.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Tarix: 24-03-2020, 09:05
Xəbəri paylaş





Xəbər lenti