Yüzlərlə müsəlman əmək miqrantı Moskva aeroportundan bayıra atıldı- RƏZALƏT!..-VİDEO


“Rusiyada at kimi işləyirik, indi isə bizi, sadəcə, lazımsız bir yük kimi bayıra atdılar...”




Uçuşların ləğvi səbəbiylə Moskvadan vətənlərinə uça bilməyən 300-ə yaxın müsəlman əmək miqrantı küçədə- qarlı, şaxtalı havada  taleyin ümidinə buraxılıb.  

Moderator.az xəbər verir ki, “Moskovskiy komsomolets» nəşrinin yaydığı məlumata görə, 31 Mart gecəsi, polis formasında olan bir neçə şəxs miqrantlara bir yerə toplaşmaları lazım olduğunu söyləyb: guya onların arxasınca gələn bir təyyarə tezliklə aeroporta enəcək. Sonradan məlum olub ki, əslində hüquq-mühafizə orqanlarının əməkdaşları onları bayıra çıxarmaq üçün gəlib. Nəticədə insanlar bayıra qovulub və onlara hava limanına qayıtmaq qadağan edilib. İndi bu müsəlman fəhlələr bundan sonra nə edəcəklərini və hara gedəcəklərini bilmirlər... 

Domodedovoda vətənlərinə uçmaq üçün gözləyənlərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

“Rusiyada at kimi işləyirik. Bizə nadir hallarda istirahət günü verilir. İndi isə  biz heç kimə lazım deyilik. Bizi, sadəcə, lazımsız bir yük kimi bayıra atdılar. Niyə belə oldu! Kömək edin!” - deyə Fərrux adlı tacik mühacir söyləyir.

Sultan Laçın



Tarix: 1-04-2020, 09:31
Xəbəri paylaş





Xəbər lenti