Virus can almağa davam edir – Ölü sayı durmadan artır


Virus can almağa davam edir – Ölü sayı durmadan artır

Yeni koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon 207-yə çatıb.

Cebhe.info-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının aprelin 3-nə olan statistikasında bildirilir ki, xəstələrdən 45 693 nəfəri ölüb.

Məlumatda deyilir ki, Avropa ölkələrində vəziyyət çox ciddidir. Xüsusilə İtaliya, İspaniya, Fransa və Almaniyada yeni yoluxma halları artır. Norveç, İsveç, İsveçrə və Niderlandda da yoluxma faizi kifayət qədər yüksəkdir.

İran və Cənubi Koreyada da yeni yoluxma halları artır, İranda ölüm faizi isə rekord səviyyədə artmaqdadır.

Qeyd edək ki, Azərbaycanda 400 nəfərdə yeni koronavirus aşkarlanıb, 5 nəfər isə ölüb.

Tarix: 3-04-2020, 08:56
Xəbəri paylaş





Xəbər lenti