Hacı Əbdül vəfat etdi


 “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə onun yaxınları bildirib.
Hacı Əbdülün ürək tutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, vaxtilə Azərbaycan parlamentinin üzvü olmuş Hacı Əbdülün 80 yaşı vardı və o, ötən əsrin 90-cı illərinin əvvəlində fəal deputatlardan biriydi. O dönəmdə prezident Ayaz Mütəllibovun qızğın tərəfdarı olan Hacı Əbdül istər parlamentdə, istərsə də mediada ekssentrik çıxışları ilə tanınırdı.
Tarix: 6-04-2020, 09:41
Xəbəri paylaş





Xəbər lenti