Çernobılda meşə yanğınları nüvə stansiyasına yaxınlaşır

 
Ukraynanın Çernobıl vilayətində aprelin dördündən başlayan yanğınlarla bağlı vəziyyət daha da mürəkkəbləşib.
“Gazeta.ru” xəbər verir ki, bunu nüvə stansiyaları üzrə mütəxəssis Natalya Deqtyarenko bildirib.
Onun sözlərinə görə indiyədək keçmiş Leliv, Kopaçi, Polesskoe, Qrezlya, Rudnya-Qrezlyanskaya, Kovşilovka, Varoviçi, Buda-Varoviçi, Martınoviçi, Smaraqdovıy, Volxov və Çistoqalovka kəndlərinin əraziləri tamamilə yanıb.
Bundan əlavə, Çernobıl şəhəri də zərər göyüb. Yanğınlar Pripyat çayının sol sahilinə keçərək nüvə stansiyasına yaxınlaşır.
“Hal-hazırda vəziyyət kritikdir, onu idarə etmək olmur”, – deyə Deqtyarenko vurğulayıb.
Tarix: 13-04-2020, 08:44
Xəbəri paylaş





Xəbər lenti