Sektor müdiri işlədiyi nazirliyi məhkəməyə verdi

 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gədəbəy rayon şöbəsində işləmiş şəxs pensiyasından narazı olduğu üçün keçmiş nazirliyini məhkəməyə verib. 
“Yeni Sabah”ın xəbərinə görə, Rəsulova Xoşqədəm Qafar qızı iddiaçı qismində, ƏƏSMN-yi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsi isə cavabdeh qismində tanınıb. Məhkəmə prosesi may ayının 7-də Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Xoşqədəm Rəsulova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gədəbəy rayon şöbəsində Sosial sığorta sektorunun müdiri vəzifəsində çalışıb.
Tarix: 28-04-2020, 15:57
Xəbəri paylaş





Xəbər lenti