ABŞ-Britaniya şirkəti Laçının kəndlərindəki ermənilərə koronavirusla bağlı yardım etdi...- FOTOLAR





ABŞ və Böyük Britaniyanın birgə “The HALO Trust” təşkilatı artıq 20-ci ildir ki, Azərbaycan Respublikasının qanunsuz olaraq fəaliyyət göstərdikləri işğal altındakı torpaqlarında sülənən ermənilərə koronavirusla mübarizədə yardım məqsədi ilə dezinfeksiya və gigiyena vasitələri çatdırıb.
Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə,  Laçın rayonunun Ağanus kəndinin qondarma “icma rəhbəri” Artak Abramyanın müşayiəti ilə “Meqvadzor” adlandırılmış Mığıdərə, “Aparan” adlandırılmış digər bir kəndini gəzən beynəlxalq şirkət nümayəndələri ermənilərə xəstəlikdən qorunmaq üçün müəyyən təlimatlar da verib.

Xatırladaq ki, “HALO Trust” -  Böyük Britaniyanın xeyriyyə, ABŞ-ın qeyri-kommersiya birgə təşkilatı adı altında fəaliyyət göstərir. Planetimiz üzrə mülki vətəndaşlar üçün təhlükə yarada bilən  mina və partlamammış qurğuların zərərsizləşdirilməsi ilə məşğul olduğu bildirilir.  Təşkilata Amerika və Britaniyanın istefada olan hərbçiləri rəhbərlik edir. 
Azərbaycanın işğal altındakı torpaqlarında 2000-ci ildən fəaliyyətə başlamış “HALO Trust”un  Qarabağ şöbəsinin ilk rəsmi sponsorları   ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) və Böyük Britaniyanın “The Yulia Burke Foundation” təşkilatı olub.  

Azərbaycan tərəfinin “HALO Trust” təşkilatının qanunsuz olaraq ölkənin işğal altındakı ərazilərində fəaliyyətinə görə dəfələrlə beynəlxalq donorlara və təşkilatlara müraciət etməsinə baxmayaraq təşkilat Qarabağda öz fəaliyyətini davam etdirir...
   
Sultan Laçın
Tarix: 2-05-2020, 10:37
Xəbəri paylaş





Xəbər lenti