Güclü yağış Xaçmazı bu vəziyyətə saldı - FOTO

Güclü yağış Xaçmazı bu vəziyyətə saldı
Ötən gün axşam saatlarından başlayaraq yağan yağış Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın bir sıra yerlərində evlərin zirzəmilərini, həyətyanı sahələri su basıb. Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda həyətlərdən suyun çəkilməsi üçün həmin ərazilərə texnika cəlb olunub.

Rayon mərkəzində və bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində problemlər yaranıb.


Güclü yağış Xaçmazı bu vəziyyətə saldı
Güclü yağış Xaçmazı bu vəziyyətə saldı
Güclü yağış Xaçmazı bu vəziyyətə saldı

Tarix: 7-05-2020, 13:30
Xəbəri paylaş





Xəbər lenti