Kürdəmirdə hamilə qadını qaynı güllələyib

 
Kürdəmirdə hamilə qadını güllələyən şəxs məlum olub.
“Report”un məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Ramo Mövlayev qardaşı arvadı, 2000-ci il təvəllüdlü Könül Mövlayevanı kustar üsulla hazırlanmış tüfənglə atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən R.Mövlayeva polis tərəfindən saxlanılıb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.
Tarix: 12-05-2020, 10:58
Xəbəri paylaş





Xəbər lenti