DAHA 104 NƏFƏRDƏ KORONAVİRUS AŞKARLANDI - 1 nəfər ölüb



Azərbaycan Respublikasında 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202 282 test aparılıb.

Xatırladaq ki, 8 Apreldə 105 yoluxma, 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma, 12 apreldə 40 yoluxma, 13 Apreldə 50 yoluxma, 14 apreldə isə 49 yoluxma, 15 apreldə 56 yoluxma, 16 apreldə 30 yoluxma, 17 apreldə 57 yoluxma, 18 apreldə 33 yoluxma, 19 apreldə 25 yoluxma, 20 apreldə 38 yoluxma, 21 apreldə 44 yoluxma, 22 apreldə 38 yoluxma, 23 apreldə 30 yoluxma, 24 apreldə 44 yoluxma, 25 apreldə 25 yoluxama, 26 apreldə 28 yoluxma, 27 apreldə 33 yoluxma, 28 apreldə isə 39 yoluxma, 29 apreldə 49 yoluxma, 30 apreldə 38 yoluxma, 1 mayda 50 yoluxma, 2 mayda 40 yoluxma, 3 mayda 46 yoluxma, 4 mayda 52 yoluxma, 5 mayda 76 yoluxma, 6 mayda 67 yoluxma, 7 mayda 77 yoluxma, 8 Mayda isə 75 yoluxma, 9 mayda 143 yoluxma faktı (24 saatda ən yüksək fakt), 10 mayda isə 97 yoluxma, 11 mayda 70 yoluxma qeydə alındığı açıqlanmışdı

Tarix: 12-05-2020, 23:15
Xəbəri paylaş





Xəbər lenti