Azərbaycanda ŞOK OLAY: iş adamının evinə basqın edildi, xanımı və özü...

 
Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər.
Siam.az xəbər verir ki, hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.
Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki M.Allahverdiyev iş adamıdır. İlkin məlumata görə, qarətçilər bir neçə nəfər olub. Hazırda faktla əlaqədar hadisə yerində araşdırma aparılır.(Apa)
Tarix: 17-05-2020, 13:26
Xəbəri paylaş





Xəbər lenti