“Azərsu” şirkətə 110 000 manat borc yazıb - MƏHKƏMƏ



“Azərsu” Açıq Səhmdar Cəmiyyət (ASC) “Term” Kompaniyasına 110 min 241 manat borc yazıb.

“Report” xəbər verir ki, borc su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanıb.

Ancaq şirkət bu borcu əsassız hesab edir. "Azərsu" ASC-yə qarşı “borcun silinməsi” tələbi ilə bağlı iddiaya Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Term” kompaniyası tikinti fəaliyyətini həyata keçirir.

Tarix: 18-05-2020, 14:33
Xəbəri paylaş





Xəbər lenti