Narkotacir “Tərəkəmə Kamil” və onun dəstəsinin cinayət işi - meşələrdə narkotik əkirmişlər

 

Balakən rayonunda həbs edilən "Tərəkəmə Kamil" ləqəbli narkotacir və digərlərinin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Şəki Ağır Cinayətlər məhkəməsində narkotik vasitələri əkmək, satmaq və istifadəsində təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamla özlərini qismən təqsirli biliblər.

Bu cinayət işi üzrə həbs edilənlər Zülffüqar Xəlilov, Rauf İsmayilov, İlham Mahatov, Kamil Həsənov, Akif Umarov, Ramiz Mahatov, Ceyhun Namazov və Ramil Qandayevdir.

Balakən Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir müddətdir ki, məsuliyyətdən yayınaraq, qaçmağa müvəffəq olan Mahamalar kənd sakini, "Tərəkəmə Kamil" ləqəbli narkotacir Kamil Həsənov tutularaq, istintaqa təhvil verilib.

Araşdırma zamanı onun yuxarıda adı çəkilən digər şəxslərlə əlbir olduğu müəyyənləşib. Müəyyən edilib ki, həmin şəxslər meşə massivində üç müxtəlif sahədə, ümumilikdə, 416 ədəd çətənə kolu əkiblər. Əməliyyat zamanı 446 qram təmiz çəkidə qurudulmuş marixuana da aşkar edilərək, maddi sübut kimi götürülüb.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, emal etmə, daşıma), 237.2.3-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə), 237.2.1-ci (...qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 237.2.2-ci (...təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Tarix: 18-05-2020, 15:33
Xəbəri paylaş





Xəbər lenti